1 dəq oxu
🥊 “BOKSÇULAR ÜÇÜN QİDALANMA” – SEMİNAR

Güc, dözümlülük və bərpa – qidalanma ilə başlar


📍 Kimlər üçün nəzərdə tutulub?

Seminar boksçular, onların məşqçilərivalideynləri üçün nəzərdə tutulmuşdur. Məqsəd – boksçuların qidalanma və maye qəbulu rejimlərini düzgün planlamağı öyrətmək, fiziki və zehni dözümlülüyü artırmaqdır.


📅 Format:

Canlı formatda, kiçik qruplarla keçirilir

🎓 Sonda: Rəsmi iştirakçı sertifikatı təqdim olunur


📌 Niyə bu seminar?

✔ Boksçular yarış və məşq zamanı maksimum yüklənməyə məruz qalır

✔ Həm fiziki, həm də psixoloji dözümlülük tələb olunur

✔ Səhv qidalanma tez yorulmaya, bərpa çatışmazlığına, güc itkisinə və dehidrasiya riskinə səbəb olur

✔ Sürətli çəki atma ciddi performans azalmaları və sağlamlıq riskləri yaradır

✔ Effektiv bərpa və dayanıqlı performans üçün düzgün qidalanma və hidrasiya həyati əhəmiyyət daşıyır


🎯 Seminardan əldə edəcəkləriniz:

🔹 Boksçular üçün uyğun qidalanma və maye rejimini planlamaq

🔹 Çəki nəzarəti və bərpa üçün fərdi menyular tərtib etmək

🔹 Əlavə, vitamin və mineral istifadəsini düzgün qiymətləndirmək


📚 Seminar Proqramı

I. Qidalanma əsasları

  • Zülallar
  • Yağlar
  • Karbohidratlar
  • Su
  • Vitaminlər
  • Minerallar

II. İdman qidalanması strategiyaları

  • “Sağlam boşqab” modeli
  • Qida porsiyaları
  • Məşqdən əvvəl, zamanı və sonra qidalanma
  • Optimal maye qəbulu
  • Çəki atmaq / almaq üçün strategiyalar
  • Fərdi menyuların hazırlanması

III. Qida əlavələri və performans dəstəyi

  • Boksçular üçün tövsiyə olunan əlavələr
  • Vitamin-mineral ehtiyacları
  • Erqogenik vasitələr haqqında məlumat
  • Əlavələrin təhlükəsiz istifadəsi


Rinqdə qələbə düzgün hazırlanmış bədəndən keçir – qidalanmanı idarə et, performansı yüksəlt!