1 dəq oxu
🥋 “CÜDO ÜÇÜN QİDALANMA” – SEMİNAR

İdman uğurları düzgün qidalanmadan başlayır.


📍 Kimlər üçün nəzərdə tutulub?

Seminar cüdo ilə məşğul olan 7-11 və 11-17 yaşlı idmançılar üçün hazırlanmışdır. Qidalanmanın cüdo idman növündəki rolu və praktik tətbiqləri ilə bağlı elmi və praktik biliklər təqdim olunur.


📅 Format:

Canlı və onlayn  formatda,  qruplarla keçirilir

🎓 Sonda: İştirakçı sertifikatı təqdim olunur


✅ Seminarın məqsədi:

İştirakçılar seminarın sonunda:

✔ Cüdoçular üçün uyğun qidalanma strategiyalarını anlayacaq

✔ Fərdi idman menyuları tərtib etməyi bacaracaq

✔ Bədən çəkisinə nəzarət və performans artımı üçün qidalanma üsullarını öyrənəcək

✔ Qida əlavələri, vitamin-mineral istifadəsi haqqında düzgün qərarlar verə biləcək


📚 Seminarın proqramı:

I. Qidalanma əsasları və qida maddələri

  • 6 əsas nutriyent qrupu: Zülallar, Yağlar, Karbohidratlar, Su, Vitaminlər, Minerallar

II. İdman qidalanması strategiyaları

  • “Sağlam boşqab” modeli
  • Porsiya ölçüləri
  • Məşq öncəsi, zamanı və sonrası qidalanma
  • Optimal su balansı
  • Çəki atma və çəki alma strategiyaları
  • Fərdi menyuların hazırlanması

III. Qida əlavələri və dəstəkləyici vasitələr

  • Cüdoçular üçün istifadə olunan əlavələr
  • Vitamin-mineral ehtiyacları
  • Erqogenik vasitələr
  • Təhlükəsiz və məqsədəuyğun istifadə qaydaları

🎓 Sertifikat:

Seminarın sonunda bütün iştirakçılara rəsmi iştirakçı sertifikatı təqdim olunur.



Cüdoçunun  performansı düzgün qidalanma ilə yüksəlir – bu seminarla fərqi hiss edin!