Kursun Qısa Təsviri
Bu kurs sizə insan orqanizminin sağlam fəaliyyəti üçün vacib olan vitaminlər və mineralların elmi əsaslarını öyrədəcək.
İştirakçılar mikronutrientlərin:
Funksiyalarını
Mənbələrini,
Çatışmazlıq və artıqlıq simptomlarını,
Eləcə də düzgün qəbul qaydalarını öyrənəcəklər.
Kursun sonunda siz balanslı qidalanma planı tərtib edə və şəxsi mikronutrient strategiyanızı hazırlaya biləcəksiniz.
🎯 Kursun Məqsədləri
Bu proqramı tamamladıqdan sonra siz:
✅ 21 əsas mineral və 13 vitaminin funksiyasını izah edə biləcəksiniz
✅ Çatışmazlıq və toksiklik əlamətlərini müəyyən edəcəksiniz
✅ Vitamin və mineral əlavələrinin etiketlərini oxuyacaqsınız
✅ Müxtəlif pəhrizlərdə mikronutrient balansını qoruyacaqsınız
✅ İdmançılar və aktiv şəxslər üçün qidalanma planı quracaqsınız
✅ Kurs sonu sertifikat əldə edəcəksiniz
🧩 KURS STRUKTURU
🔹 Modul 📘 Mövzu 🧠 Qazanılan biliklər
1. Giriş və əsas anlayışlar Vitamin və mineral nədir? Mikronutrientlərin orqanizmdə rolu, əsas fərqlər
2. Mineralların dünyası Makro və mikrominerallar( 21 mineral) Kalsium, maqnezium, sink, selen, yod,dəmir və s.
3. Vitaminlərə giriş Yağda və suda həll olan vitaminlər. ( 13 Vitamin) A, D, E, K, B-kompleks vitaminləri, C vitamini — funksiyalar, mənbələr
4. Mikronutrient çatışmazlığı və toksiklik Qida balansının pozulması Simptomlar, risk faktorları, qarşısının alınması
5. Əlavələr və etiketi anlamaq Suplementlərin təhlili Düzgün doza, mənimsənilmə , təhlükəsizlik
6. Pəhriz strategiyaları Müxtəlif həyat tərzlərinə uyğun plan Vəqan, keto, idmançılar üçün mikronutrient balansı
7. Praktika və yekun Fərdi plan hazırlanması Qidalanma planı, test və sertifikatlaşdırma
🎥 Videokurs
📘 Hər dərsdən sonra mini testlər
💻 Praktiki tapşırıqlar + Final test
📄 Qiymətləndirmə və Sertifikat
✅ Uğurla bitirənlərə sertifikat təqdim olunur