Boksçuya fiziki hazırlıq baxımından qoyulan tələblər idmanda ən sərt tələblər sırasındadır". "Tədqiqatlar göstərir ki , boksçular döyüş ərzində maksimum ürək döyüntüləri həddinin 93%-nə kimi yüklənə bilirlər. Onlar doqquz dəqiqə ərzində tam sprintdədirlər!"
Boksda psixoloji faktorda mühüm rol oynayır.Koordinasiya, güc, sürət, reaksiya və sakitlik uğur qazanmaq üçün vacibdir"Həm fiziki, həm də zehni dözümlülüyü artırmaq üçün boksçuların düzgün qidalanma və maye qəbulu rejimlərinə ehtiyacları var.
Düzgün qidalanmayan boksçular məşq müddətində tez yorulur ,məşqlər və yarışlar arasında bərpa oluna bilmirlər. Bu da öz növbəsində iltihab və oksidativ stressi artırır.
Boks yarışları müxtəlif çəki kateqoriyalarında aparıldığından bəzi idmançılar bədəni susuzlaşdaraq sürətli çəki atmağa çalışırlar ,təcrübə göstərir ki belə yanaşma güc itkisi, dəqiqlik və yorğunluq səbəb olur. Dehidrasiya əzələ spazmlarına və istilik vurmasına da gətirib çıxara bilir.
Bədən çəkisinə nəzarət və artıq çəki yığmamaq da qidalanmanın düzgün təşkili məsələsini önə çıxarır.Beləliklə istər məşqlərdəç istər yarışlarda məhsuldar olmaq və nəticə əldə etməkdən ötrü necə qidalanmağı və orqanizmi necə bərpa etməyi öyrənmək idmançı üçün vacib məqsədlərdən biridir.